• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

                                        Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” adlı layihə davam edir.

          Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” adlı layihənin ikinci mərhələsinin ilk konserti keçirildi.Konsertdə “Bayatı-Kürd” və “Mahur-Hindi” muğamları səsləndi.

         İlk olaraq səhnəyə Azərbaycan Respublikasının əməkdar müəllimi Qəzənfər Abbasov çıxaraq muğamın inkişafından və keçirilən muğam konsertlərinin gələcək nəsilə verdiyi töhvələrdən danişdı.

         Gecədə tanınmış xanəndələr Hüseyn Məlikov və Kamilə Nəbiyevanı  “Muğam” instrumental ansamblı müşayiət etdi.Onların ifasında “Mahur-Hindi” muğamı səsləndi.

          Tarda ansamblın bədii rəhbəri,Əməkdar artist Sahib Paşazadə,kamançada Əməkdar artist Toğrul Əsədullayev,qanunda Əməkdar artist Çinarə Heydərova,udda Şəfa Kərimov,balabanda Azad Əliməmmədov,nağarada Emin Cəbrayılov ifa etdilər.

          Daha sonra xanəndə Abgül Mirzəliyevin ifasında “Bayatı-Kürd” muğamı səsləndi.

          Xanəndələr tərəfindən ifa olunan hər iki muğam tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılandı.

          Qeyd edək ki,layihə noyabrın 1-də “Orta-Mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcəkdir.

          Biletləri şəhərin kassalarından,Asan xidmət mərkəzindən və www.iticket.az saytından əldə edə bilərsiniz.

11.10.2017