• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert keçirildi

 Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin “Muğam və Mənəviyyat” adlı birgə layihəsi çərçivəsində konsert keçirilib.

 Konsertdə Xalq artisti Aygün Bayramova “Yar olmayaydın” təsnifini, Xalq artisti Nəzakət Teymurova “Bulaq üstə” təsnifini, Əməkdar artist Almaz Orucova isə “Badi-Səba” təsnifini ifa ediblər.  Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, xanəndə Fəraməz Gərmrudinin ifasında “Dəşti” muğamı təqdim olunub. 

Tədbirdə xanəndələri “Könül” intrumental ansanblı müşayiət etdi. Ansanblın üzvləri -  bədii rəhbər Əməkdar artist, Əliağa Sədiyev tarda  , Əməkdar artist Elşən Mansurov kamançada,  Əməkdar artist Şirzad Fətəliyev balabanda, Əməkdar artist Kamran Kərimov nağarada, Hüsaməddin Əzizov bəm nağarada, Qalib Həşimov bəm tarda və Fərid Babayev bəm kamançada ifa etdi.

Anşlaqla keçən konsert muğamsevərlər tərəfindən maraqla qarşılandı.

18.11.2017