• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Nəqşi cahan sədası” adlı konsert keçirildi.

   Noyabrın 11- də Beynəxlaq Muğam Məkrəzində Naxçıvan Muxtar Respublikasının musiqiçilərindən ibarət  “Nəqşi cahan sədası” adlı konsert  keçirildi.

      Gecədə NMR – nın Əməkdar artisti Ehtiram Hüseynov,Əməkdar artistlər Tural Nəcəfov,Zülfüqar Mahmudov,Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solisti Təyyar Mədətli,Həsən Babayev,Ələkbər Sadıqov,Əli Mehrəliyev, IV televiziya muğam müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, Ataxan Quliyev, Naxçıvan Dövlət Filarmoniyasının solisti Nərmin Hüseynova, Bülbül adına Orta İxtisas  Musiqi Məktəbinin şagirdi Rəna Mehrəliyeva çıxış etdilər.

      Konsertdə xanəndələr “Qarabağ şikəstəsi”ni,”Şahnaz”muğamını, “Sarı gəlin”, “Gül açdı”, “Şuşanın dağları” xalq mahnılarını, R.Mirişli “İlk sevgi”, S.Rüstəmov “Alagöz” mahnılarını səsləndirdilər.

    İfaçıları Əbülfəz Məmmədovun rəhbərliyi ilə “Nəqşi cahan”muğam qurupu, konsertmeystr Ağabəy Qurbanov(tar),Nurlan Nuriyev(kamança),Fərid Babayev (bəm kamança),Rauf Bayramzadə (ud), Nihad Quliyev(balaban),Ziya Fətullayev(piano),Günel Fərəcova(qanun),Murad Əliyev(bəm tar),Nəcəf Hacılı(nağara) müşayiət  edirdilər.

Gecədə tanınmış elm xadimləri, musiqiçilər iştirak edirdilər.

11.11.2017