• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində "Bahar süitası" adlı gözəl klassik musiqi axşamı keçirilib. 

10 mart saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Bahar süitası" adlı gözəl klassik musiqi axşamı keçirildi. 

Gecədə Səidə Tağızadə - piano, əməkdar artist Aleksey Miltıx - violonçel, əməkdar artist Sahib Paşazadə - tar, Ümidə Abbasova - viloin və Azərbaycan Dövlət Simli Kvarteti(Uran Səidov-1-ci skripka, Soltan Məmmədova -2-ci skripka, əməkdar artist Vaxtanq İmanov 
- alt və Aleksey Miltıx - violonçel) çıxış etdi. 
Fikrət Əmirovun və Nəriman Əliverdibəyovun ədərlərini  Səidə Tağızadə (piano), əməkdar artist Aleksey Miltıx (violonçel) duet olaraq ifa etdilər. Daha bir duet isə Ümidə Abbasova ilə Səidə Tağızadənin birgə ifa etdikləri Niyazınını "Rast" simfonik 

muğamından fraqment oldu. Sahib Paşazadə isə Səidə Tağızadə ilə F.Əmirovun "Orqiya", V.Adıgözəlovun "Qərənfil", H.Rzayevin "Çahargah rapsodiyası" əsərlərini ifa etdilər. 

Azərbaycan Dövlət Simli Kvarteti(Uran Səidov-1-ci skripka, Soltan Məmmədova -2-ci skripka, əməkdar artist Vaxtanq İmanov - alt və Aleksey Miltıx - violonçel) Xəyyam Mirzəzadənin iki miniatürünü  pianoçu Sıidə Tağızadə ilə birlikdə 

ifa etdilər. daha sonra Ə.Bədəlbəylinin,  T.Bakıxanovun, Y.İmanovun və F.Bədəlbəylinin əsərləri səsləndi.

  Bu ifaçıların Beynəlxalq Muğam Mərkəzindəki ilk çıxışları deyil və buna görədə klassik musiqi sevərlər həmin gün musiqi zövqlərini kökləmək üçün Beynəlxalqm Muğam Mərkəzinə cəmlənmişdilər. Tamaşaçılar hər ifanın sonunda gurultulu alqışlarla ifaçılara öz sevgilərini çatdırdılar. 

10.03.2017