• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin növbəti təqdimatında "Bayatı-Şiraz" muğamı səslənib.

Beynəlxlaq Muğam Mərkəzi muğamsevərləri növbəti dəfə bir araya toplayıb. Beləki iyunun 28-də Beynəlxlaq Muğam Mərkəzində "Muğam axşamları" layihəsi çərçivəsində "Bayatı-Şiraz" muğamı ifa olunub.

Qeyd edək ki, bu layihəyə mayın 6-dan "Rast" muğamının ifası ilə start verilib.

"Bayatı-Şiraz"ın müxtəlif şöbə və güşələri xanəndələr Murad Kəngərli, Ramiq Bayramov, Nisbət Sədrayevanın ifasında səsləndi. Onları xalq çalğı alətləri ansamblı (tarda-Kamal Nuriyev, kamançada-Elnur Salahov, bas tarda-Kamran Novruzov, qanunda Aysu Sadıqova, nağarada-Amil Mustafayev, balabanda-Mirağa Murtuzov) müşayiət edib.

Xanəndələrin ifa etdiyi "Baytı-Şiraz" muğamı  tamaşaçılar tərəfindən böyük maraq və alqiılarla qarşılanıb.

"Bayatı-Şiraz" muğamı yeddi əsas muğam dəstgahlarından biridir.

"Bayatı-Şiraz" muğamı bəstəkar Nəriman Məmmədov tərəfindən tarzən Əhməd Bakıxanovun ifasında nota alınıb.

Qeyd edək ki, 30 iyun tarixində "Muğam axşamları"layihəsi çərçivəsində "Şüştər" və "Humayun" muğamları səslənəcək. Biletləri şəhərin kassalarından, "Asan xidmət" mərkəzindən və iticket.az saytından əldə etmək olar.

28.06.2017