• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində canlı yayımlar davam etməkdədir. Belə ki, ötən həftə BMM –dən layihənin 3 canlı efiri yayımlanmış və tamaşaçılar eləcə də sosial şəbəkə izləyicilər tərəfindın maraqla izlənilib.

Trend-in məlumatına görə, Uşaqların Müdafiə Günü ilə əlaqədar hazırlanan xüsusi canlı efirdə musiqi məktəblərinin istedadlı şagirdləri çıxış edərək azərbaycan musiqi mədəniyyətinin sabahının parlaqlığını nümayiş etdiriblər. Növbəti günlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti efirin qonağı olub, universitetin rektoru, professor Ceyran Mahmudova təhsil ocağının fəaliyyətindən söz açıb. Həmin gün universitetin tələbələri maraqlı konsert proqramı ilə cıxış ediblər.

Xalq artisti Zəhra Quliyeva, violin ifaçısı Osman Mustafazadə də həftə ərzində canlı efirin qonağı olublar. Xalq artisti onlayn dərslər və tələbələrinin uğurları ilə bağlı düşüncələrini bölüşüb.

Əməkdar artist , rejissor Nicat Kazımov, ifaçılar Pərvin Lətifov və Aydan Rüstəmzadə də canlı efirin qonaqları sırasında olublar.

 

BMM-nin solisti, V Muğam Televizya Müsabiqəsinin qalibi Nisbət Sədrayeva “Bizi birləşdirən mədəniyyət” efirində sənətə gəlişi, musiqi təhsili və muğam sənəti ilə bağlı düşüncələrini bölüşüb. Həmin gün Aviasiya işçilərinin peşə bayramı da canlı efir vasitəsilə təqdim olunub. 5 iyun Şairlər günündə Xalq artisti ADMİU-nin Muğam kafedrasının müdiri Teyyub Aslanov və Əməkdar artist Azad Şükürovun qonaq olduğu canlı efir unudulmaz şair Mikayil Müşfiqə həsr edilib. Qonaqlar Müşfiq həyatı və yaradıcılığından söz açıb, tələbələrin ifasında şairin şeirləri və sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

BMM-nin solistləri və Muğam Televiziya müsabiqəsinin qaliblərinin iştirak etdiyi həftəiçi buraxılışlarda həm milli musiqi həm də klassik musiqilərə yer verilib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM -nin “Facebook” səhifəsindən də təqdim edilir.

09.06.2020