• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində caz festivalının nikbin notları

Beynəlxalq Muğam Mərkəzində Bakı Caz Festivalının konsertləri  silsiləsindən  oktyabrın  21-də  Yurı Honing kvartetinin konserti keçirildi.
Niderlandlı  saksofon ifaçısı Yuri Honinqin akustik  kvarteti 90-cı  illərdən məşhurlaşmağa başlayıb. Musiqiçi özünü həm klassika həm də caz sahəsində sınayaraq böyük uğurlar qazanmağa nail olub.
Kvartet Bakı Caz festival tamaşaçılarına 2015-ci ildə üşıq üzü görən “Desire” (Arzular) albomundan kompozisiyalar təqdim etdilər. Konsert proqramında caz, pop, klassik janrların sintezini görmək mümkün idi.
Yuri Honinq kvartetinin konserti caz pərəstişkarlarına müəyyən mənada saksofon festival əhval –ruhiyyəsi yaratdı. Kvartet repertuarında olan populyar əsərləri ifa etdi.

21.10.2019