• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası”adlı konsert təqdim olundu
Beynəlxalq Muğam Mərkəzində sentyabrın 19-da “Rast dünyası” adlı konsert proqramı təqdim olundu. Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertin aparıcısı Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ölkəmizdə ənənəvi olaraq təşkil edilən festivalın əhəmiyyətindən söz açdı. Bildirdi ki, hər bir insanın içində öz musiqisi var. Bu musiqi fərqli olur, müxtəlif olur amma buna baxmayaraq bütün bəşəri insanı birləşdirə bilir. Festival da rənagarəng proqramı ilə məhz bu amala xidmət edir. Bu günki konsert öz fərqliliyi ilə seçilir. Azərbaycan musiqisini, muğamını çox sevən , onu təbliğ edən Fəraməz Gərmrudinin “Rast: təsniflər və rənglər” kitabının təqdimatı və “Rast dünyası” adlı proqramın təqdimi bu gün bizə bədii təsir qüvvəsi etibarı ilə coğqunluq, çağırış ruhu, əzəmət, təntənə əhvalı yaradan “Rast”ın dərin fəlsəfəsindən zövq almağa imkan yaradacaq.Konsert boyunca çıxış edənlər Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Xalq artisti Möhlət Müslümov kitabın əhəmiyyətin söz açdılar. Üzeyir Hacıbəyli festivalı çərçivəsində təqdim olunan nəşri milli musiqimizə nəfis tofhə adlandırdılar.
Tədbirdə “Könül” ansamblının müşayiəti ilə Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış etdilər. Sevilən xanəndələrimizin hər birinin “Rast” muğamına fərdi baxışı və yanaşması tamaşaçıların yüksək alqışları ilə qarşılandı

19.09.2019