• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində meksikalı pianoçu çıxış etdi 
Sentyabrın 2-də meksikalı pianoçu Xesus Lepe Riko Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış etdi. Meksikalı pianoçunun Azərbaycanda çıxışı Meksikanın Beynəlxalq Muğam Mərkəzi və Azərbaycandakı Meksika Səfirliyinin əməkdaşlığı əsasında həyata keçirildi.Tamaşaçılar Xesus Lepenin ifasında Bax, Bethoven və Şopen kimi məhşur bəstəkarların əsərləri, eyni zamanda Rikardo Kastro və Belisario de Xesus Qarsiya kimi dünya şöhrətli görkəmli meksikalı bəstəkarlarının əsərlərini dinlədilər. Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi fəaliyyətinin əsas istiqaməti kimi beynəlxalq əlaqalərin genişləndirilməsi və milli irsimizin təbliği məqsədilə səfiriklərlə birgə layihələr həyata keçirir. Mərkəzin dəstəyi ilə bu günə kimi Çin, Avstriya, Meksika, Braziliya, İndoneziya, Gürcüstan, Hİndistan , Fransa , Rusiya və digər ölkələrlə çoxsaylı birgə layihələr reallaşıb. Mərkəz həm konsert həm də elmi araşdırma sahəsində səfirliklərlə birgə fəaliyyəti daima genişləndirməkdə davam edir.

02.09.2019