• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Səsin sehri” bədii-qiraət müsabiqəsi yekunlaşıb
Beynəlxalq Muğam Mərkəzi televiziya kanalları ilə birgə əməkdaşlıq çərçivəsində bir çox layihələr və konsert proqramları reallaşdırır. Bu silsiləyə ədəbi-bədii, musiqinin müxtəlif janrlarını əhatə edən konsert, görkəmli sənət adamlarının yubileyi xarakterli layihələr daxildir. Nəsimi ili çərçivəsində Azərbaycan Televiziyası ilə reallaşan "Səsin sehri" bədii-qiraət müsabiqəsi də adıçəkilən çoxsaylı layihələrdən biridir.
İyun ayının 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının yeni layihəsi olan , Mədəniyyət kanalı və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilən Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Səsin sehri” bədii-qiraət müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqənin yekun mərhələsində diqqətə çatdırılıb ki,vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Nəsiminin 600 illiyi təntənəli şəkildə qeyd edildi. Ulu öndərin ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Nəsimi ili elan edilib. Bu məqsədlə Nəsiminin 650 illiyi hər yerdə böyük təntənə ilə qeyd edilir, çoxsaylı layihələr gerçəkləşir. Onlardan biri də "Səsin sehri" qiraət müsabiqəsidir. Müsabiqədə 4 mərhələ ərzində 14 iştirakçı Azərbaycanın klassik və müasir şairlərinin şeirlərini söyləyiblər. Onların ifaları münsiflər tərəfindən qiymətləndirilib, yekun mərhələdə isə iştirakçılar Nəsiminin qəzəllərini söyləyiblər. 5 mərhələ ərzində iştirakçılara verilən ballar hesablanaraq qaliblər müəyyən edilib.
Daha sonra müsabiqənin iştirakçılarına I və II və ali dərəcəli mükafatları təqdim edilib.
Müsabiqənin münsiflər heyətinə Xalq artistləri Laləzar Mustafayeva, Əminə Yusif qızı və professor İlham Rəhimli daxildir. Müsabiqənin final gecəsində gənc xanəndələrin ifasında Nəsimin qəzəllərindən ibarət muğam parçaları təqdim edilib.

18.06.2019