• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Muğam Mərkəzinin “Dəyirmi masa”elmi-tədqiqat layihəsi uğurla reallaşır

Beynəlxalq Muğam Mərkəzində geniş miqyaslı “Dəyirmi masa” layihəsi çərçivəsində “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri ” adlı elmi-praktiki konfrans keçirilib.
Konfrans Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə giriş sözü ilə  çıxış edən Milli Konservatoriyanın prorektoru Lalə Hüseynova konfransın əhəmiyyətindən söz açaraq qeyd edib ki, milli musiqi alətimiz olan tarı yaşatmaq, onu daha da təkmilləşdirərək gələcək nəsillərə çatdırmaq üçün belə tədbirlərin təşkili olduqca təqdirəlayiqdir.
Sonra Milli Konservatoriyanın Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi (elmi-tədqiqat) Laboratoriyasının rəhbəri Məmmədəli Məmmədovun tar əmsalları və standartları haqqında məruzəsi dinlənilmişdi. Məruzədə milli musiqi aləti olan tarın pərdə quruluşu, not sistemi,diapazonu,bədii-texniki imkanları haqqında deyilmişdi.
Elmi-praktik konfransda BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov, AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi həmçinin regionlardan dəvət olunmuş tar ustaları iştirak ediblər.
Sonda AMK-nın Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi Laboratoriyasının təkmilləşdirdiyi musiqi alətlərindən ibarət tar ansamblının  ifasında musiqi nömrələri tamaşaçılara tədqim edilib.
Geyd edirik ki, Muğam Mərkəzinin sistemli şəkildə apardığı  nəzəri və elmi-tədqiqat fəaliyyəti çərçivəsində muğam, aşıq və milli klassik musiqisinin öyrənilməsi, təbliği və yayilmasi üzrə maraqlı layihələrin həyata keçirilməsi davam etməkdədir.

20.04.2019