• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzinin beynəlxalq fəaliyyətinə həsr olunmuş tədbir keçirilib .  
Aprelin 5-də Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin dəstəyi ilə “İnci”qanun qrupu Hindistanda keçirilən “World Sacred Spirit” adlı beynəlxalq festivalda iştirakına həsr olunmuş təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı bir müddət əvvəl Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Əməkdar artist Təranə Əliyevanın rəhbərlik etdiyi “İnci” qanun qrupunun Hindistanda keçirilən “World Sacred Spirit” adlı tanınmış beynəlxalq festivalda ölkəmizin ifaçılıq məktəbini uğurla təmsil etdiyini bildrib. 
Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Azərvaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı görülən işlərdən bəhs etdi. Qeyd olundu ki, Muğam Mərkəzi Azərbaycan musiqisini, xüsusilə muğamları, xalq mahnılarını, təsniflərini xarici ölkələrdə təbliğinə xüsusi önəm verir. Mərkəzin təşkilatçılığı ilə bir sıra xarici ölkələrdə, o cümlədən İsveçrə, Fransa, Polşa, Çin, Mərakeş, Hindistan, Rusiya, Gürcüstan və digər ölkələrdə Azərbaycan musiqisi özünə böyük auditoriya qazandığı diqqətə çatdırılıb.
Əməkdar artisti Təranə Əliyeva rəhbərlik etdiyi qrupun beynəlxalq tədbirlərdə uğurlu çıxışlarından, o cümlədən “World Sacred Spirit” festivalından söhbət açdı. Bildirldi ki, festivalın keçirildiyi Hindistanın Naqaur və Mehrangah qalalarında qrup solo konsertlərlə çıxış edib.Təranə Əliyeva Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynovun beynəlxalq tədbirlərdə Azərbaycan musiqisinin təmsil olunmasına xidmət edən layihələri daim dəsrəklədiyini xüsusilə vurğuladı. 
Qrup festivalda “Telli durnalar” türk qrupu ilə “Reyhan” mahnısını ifa ediblər, həmçinin “İnci” qrupunun repertuarında olan “Bayatı-Şiraz” təsnifi və Azərbaycan xalq rəqsi “Nəlbəki” uyğur əsilli, Fransada yaşayan rəqqasə Müqəddəs Mijitin rəqsi ilə müşayiət olunaraq böyük marağa səbəb olub.
Sonda “İnci” qanun qrupunun ifasında musiqi nömrələri tamaşaçılara təqdim edildi.

05.04.2019