• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə " Frankofoniya həftələri  layihəsi " nin təntənəli açılışı keçirilib .
30 mart 2019- cu il tarixində Beynəlxalq Muğam Mərkəzində İsveçrə Səfirliyi "Frankofoniya həftələri" layihəsi çərçivəsində  “Ah gözəl yay! Əbədi nəğmələr” adlı  konsertdə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman  konsert proqramı ilə çıxış ediblər. 
Konsertdə Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez  "Frankofoniya həftələri"nin keçirilməsinin bakılıları və paytaxtın qonaqlarını fransızdilli ölkələrin tarixi, mədəniyyəti, məişəti, mətbəxi ilə bilavasitə tanış etmək məqsədi daşıdığını diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu layihə çərçivəsində aprelin 15-dək maraqlı konsert, sərgi, kino nümayişi və s. keçiriləcək. O.Buşez əlavə edib ki, tədbirdə Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva, Latviya səfirlikləri, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi iştirak edirlər.
İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filipp Ştadler bildirib ki, bu gün səhnədə tanınmış isveçrəli duet – vokalçı və gitaraçı Mark Aymon və zərbçi Efraim Salzman çıxış edəcəklər. Onlar tamaşaçılara İsveçrə xalq musiqisini ehtiva edən “Ah, gözəl yay! Əbədi mahnılar” adlı proqram təqdim edəcəklər.
Həmçinin səfir Filipp Ştadler bu gözəl konsertin təşkilati dəstəyinə görə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova təşəkkürünü bildiridi.
Mark Aymon 1982-ci ildə İsveçrənin Sion şəhərində anadan olub. O səyahət və incəsənətə vurğun bir müğənnidir. O, "The astronaut", “An almond tree in winter”, "Marc Aymon” və "Of a single mouth” adlı dörd diskin müəllifidir. Onun mahnıları xüsusilə Cənubi Amerika, Afrika, İran, ABŞ və bütün fransız dilli ölkələrdə dilləri dolaşıb. O, həmçinin saysız-hesabsız konsertlərlə yanaşı Nyonda Paleo Festivalı da daxil olmaqla bir sıra məşhur festivallarda iştirak edib.

Ephraim Salzmann 1975-ci ildə İsveçrənin Naters şəhərində anadan olub və uşaqlığından bəri daim musiqi ilə təmasda yaşayıb və işləyib. O, ritm və zərb alətlərinə valeh olaraq müxtəlif alətlərdə Valais dulcimer, drums, Kotamo, Handpan, Bockhornxylo, Glasudu və s. ifalarla yadda qalıb. 20 ildən artıqdır ki, İsveçrənin Valaisdəki dünya səhnəsində və Almaniyada səhnəyə çıxır.
Konsertdə musiqiçilər Mark Aymon və Ephraim Salzmann ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazkar mahnıları ifa ediblər. Hər iki musiqiçi  keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların qəlbini fəth edib.

30.03.2019