• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş möhtəşəm konsert keçirilib

 
Fevralın 19-də  Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert  8 mart Beynəlxalq qadınlar gününə həsr olunub.
 
Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
 
Konsertdə  Xalq artistləri Gülyaz Məmmədova “Ana məhəbbəti”, Nazpəri Dostəliyeva  “Anacan”, Gülyanaq Məmmədova “Ana”,  Əməkdar artistlər   Gülüstan Əliyeva “Anam yadıma düşdü”, Bəyimxanım Vəliyeva  “Mehribanım”,  Arzu Əliyeva “Azərbaycan qızıyam”,   Azərbaycan Televiziyası və Radiosunun solistləri –Kamilə Nabiyeva “Ana”, Zabitə Alıyeva  “Ana”,  Sədəf Budaqova  “Ana” və Ayşən Mehdiyev “Ananın səsi” mahnılarını ifa ediblər.
 
Konsertin son nömrəsi olan “ Anacan “ mahnısı Gülyaz Məmmədova, Nazpəri Dostəliyeva və Gülyanaq Məmmədovanın ifasında səsləndi.
 
İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.
 
Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.