• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Simurq Uşaq Musiqi Festivalı” çərçivəsində istedadlı Rusiya pianoçularının iştirak ilə möhtəşəm konsert keçirildi.


Beynəlxalq Muğam Mərkəzində Rusiyanın əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonun tələbələrinin iştirakı ilə möhtəşəm konsert keçirildi.
Konsert  Bakı Media Mərkəzinin , Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə “Simurq Uşaq Musiqi Festivalı” çərçivəsində baş tutub.
“Simurq” Uşaq Festivalın keçirilməsində başlıca məqsəd istedadlı musiqiçiləri önə çıxarmaq, dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.
Azərbaycan tərəfdən festivalın təşkilatçısı, Layihənin müəllifi və rəhbəri tanınmış pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin laureatı Səidə Tağızadə və Rusiyanın əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonın açılış nitqindən sonra konsert proqramına start verildi.  
Konsertdə Timofey Vladimirov, Sofya Menşikova, Aleksandra Dovqan və Valentin Malinin ifasında  R. Şumanın, F.Şubertin, F. Listin, P.İ.Çaykovskinin,S.V. Raxmaninovun, J.F. Ramonun,İ.S. Baxın, A.Skryabinin əsərləri səsləndi.
Qeyd edək ki, Ötən ilin Oktyabr ayında "Simurq" musiqi festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində məşhur rusiyalı pianoçu Daniil Sayamovun solo konserti keçirilib. 

03.02.2019