• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbi haqqında filmin premyerası keçirildi

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi  ilə əlaqədar  keçirilən  tədbirlər  çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirildi.
Nümayişdən əvvəl  Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçəyev çıxış edərək, filmin rejissoru Gülarə Abdullayevaya təşəkkürünü bildirdi.
Sonra filmin premyerası keçirildi. Məktəbin tarixi, fəaliyyəti və ənənələri haqqında hekayə edən  bu sənədli film  məktəbin bir çox görkəmli məzunlarının məktəb illəri haqqında xatirələrinə əsaslanaraq, hər dövrün ən yadda qalan anlarını əhatə etmişdir.         
Premyeradan sonra məktəbin şagirdlərinin  ifasında D.Dadaşovun, S. Prokofyevin, H.Venyavskinin, Q. Qarayevin, A. Məlikovun, A. Şnitkenin, T. Quliyevin əsərlərindən ibarət gözəl konsert keçirildi.
Gecə gur  alqışlarla sona çatdı.