• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar”  layihəsi uğurla davam  edir.

 
Dekabrın 18-də  Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Günü  və  Yeni  il bayramına həsr olunmuşdu. 
     Tədbir Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.
 Konsertdə  xalq artistləri - Nəzakət Teymurova - “Bir gül sevdim”,                    Nazpəri Dostəliyeva  -“Axı mən neyləyərəm”, əməkdar artistlər - Almaz Orucova -“Nə gözəldir”, Rəşad İlyasov -“Eşqimi sönməyə qoymaram”, Bəyimxanım Vəliyeva -“Azərbaycanım”,  Azərbaycan Televiziyası və Radiosunun solistləri-  Rəvanə Əmiraslanlı -“Qəşəngdir”, Rövşən Əziz -“Təzə il”, Ayşən Mehdiyeva -“Gəl belə naz etmə” mahnılarını ifa etdilər. 
İfaçıları  xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.
Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.
Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm   yaradıcılıq  layihələri davam  edir.