• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar”  layihəsi uğurla davam  edir.

 
Noyabrın 27-də  Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert unudulmaz şair, dramaturq, bir çox məşhur mahnıların müəllifi Əliağa Kürçaylının  yaradıcılığına  həsr olunmuşdu. 
     Tədbir “Mədəniyyət” televiziya kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.
   Konsertdə  xalq artisti Gülyanaq Məmmədova -“Tez gəl”,  əməkdar artistlər Rəşad İlyasov -“Gəl barışaq”, Zakir Əliyev -“Könlüm sənindir”,  Azərbaycan Televiziyası və Radiosunun solistləri – Zabitə Hüseynova -“Mən sənin yanına gəlirdim”, Pərviz Qasımov- “Küçəmizdən keçəndə sən”,  Günay İmamverdiyeva -“Gedəy üzü küləyə”, Rövşən Əziz -“Heç xəbərin yoxdu sənin”,  xanəndə Könül Məmmədli -“Təki sən səslə məni” mahnılarını ifa ediblər. 
     İfaçıları  xalq artisti Ağa Сəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.
     Konsertin son nömrəsi-“Belə ola həmişə” mahnısı Gülyanaq Məmmədova, Rəşad İlyasov, Rövşən Əziz, Könül Məmmədli və Pərviz Qasımovun    ifasında səsləndi.
    Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.
    Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.