• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində məşhur bəstəkar Emin Sabitoğlunun yaradıcılığı  qeyd olundu.  

 
Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllülər” təşkilatının “Mədəniyyət carçısı” proqramı çərçivəsində və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə xalq artisti, tanınmış bəstəkar, Azərbaycan kinosunun bir çox sevilmiş musiqilərinin müəllifi Emin Sabitoğlunun 81 illiyinə həsr olunmuş konsert keçirildi.
Tədbirin əvvəlində Azərbaycan himni səsləndi.
Tədbiri açan “ASAN Könüllülər” təşkilatının sədri Səbinə Cabbarova öz çıxışında qeyd etdi ki, bu proqram könüllülərin istedadını üzə çıxartmaq məqsədini daşıyır və bununla əlaqədar  müxtəlif təlim, tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulub. O, gənc istedadlı könüllülərə  bundan sonrakı fəaliyyətlərində  uğurlar arzuladı.
Sonra “ASAN könüllülər” təşkilatından iştirakcılar sevimli bəstəkarımız Emin Sabitoğlunun  mahnılarından ibarət konsert proqramı ilə çıxış etdilər.
Gecənin sonunda iştirakçılar diplomlarla təltif olundular.
01.11.2018