• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq  Muğam Mərkəzində əfsanəvi qarmon ifaçısı  Teyyub Dəmirovun 110 illik yebiley gecəsi keçirilib.

 Oktyabrın 26- da Beynəlxalq Muğam Mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində əfsanəvi qarmon ifaçısı   Teyyub Dəmirovun 110 illik yebiley gecəsi keçirilib.
“Unudulmayanlar” layihəsi Beynəlxalq Muğam Mərkəzinin həyata keçirildiyi irimiqyaslı layihələrdən biri olaraq Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan musiqi xadimlərinin – bəstəkarların, muğam ifaçılarının, instrumental musiqi ifaçılarının həyat və yaradıcılığına aid elmi- tədqiqatları,ədəbi-bədii gəcələrin keçirilməsini, onlara aid kitabların nəşrini, başqa dillərə tərcümə edilərək təqdimatını ehtiva edir.
Layihənin ilk tədbiri görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuşdu.
 Sonralar Azərbaycan klassik muğam ifaçılığının görkəmli nümayəndəsi Əbdülbaqi Zülalova(Bülbücan), Xalq artistləri Şövkət Ələkbərovaya, Həqiqət Rzayevaya, Yaqub Məmmədova, əfsanəvi qarmon ifaçısı Kor Əhədə və başqalarına həsr olunmuş tədbirlər də “Unudulmayanlar” layihəsi çərçivəsində ərsəyə gəlmişdir.
 Layihənin rəhbəri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur.Layihənin informasiya dəstəyini Azərbaycan televiziyasının “Mədəniyyət” kanalı həyata keçirir.
Teyyub Dəmirovun həyat və yaradıcılığına gecədə  əvvəl Teyyub Dəmirovun öz ifasında “Bayatı-Qacar” muğamı səsləndirilib. Sonra Teyyub Dəmirovun həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş olunub.
Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Teyyub Dəmirovun həyat  yolundan, Azərbaycan musiqi tarixinə verdiyi töhvələrdən danışaraq, qarmon musiqi alətinin Azərbaycan çalğı musiqi alətləri sırasında tutduğu məqamdan, xalqımızın ən çox sevdiyi musiqi alətlərindən biri olduğunu vurğlayıb.
 Tədbirdə akademiklər Ziyad Səmədzadə, Vasif Məmmədəliyev, Milli konservatoriyanın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Teyyub Dəmirov irsinin tədqiqatçısı Aydın Əliyev, Xalq artisti Ağacəbrayıl Abbasəliyev çıxış edərək  Teyyub Dəmirovun  ecazkar sənəti haqqında fikirlərini bölüşdülər.
 Tədbirin ən maraqlı məqamlarından biri, Teyyub Dəmirovun öz səsi ilə oxuduğu “Kəsmə şikəstə” oldu.Bu ifa vaxtilə Teyyub Dəmirovun “Kəsmə Şikəstə”ni xanəndə Fatma Mehrəliyevaya “Kəsmə Şikəstə”ni necə oxumağın yollarını öyrətdiyi zaman lentə alınıb.Ev şəraitində yazılsa da Teyyub Dəmirovun həyatı və yaradıcılığı üçün  nadir tapıntı kimi qiymətləndirilən bu lent yazısı tamaşaçılara böyük təsir bağışladı.
 İfanın təsirinə biganə qalmayan  Xalq artisti Alim Qasımov da “Kəsmə Şikəstə” ni səhnədə ifa edən Almaz Orucovaya qoşularaq oxudu.Hər iki ifa tamaşaçıların sürəkli alqışlarına səbəb oldu.
Bədii hissədə Xalq artistləri  Afdandil İsrafilov, Teyyub Aslanov, Əməkdar artistlər sənətşünaslıq üzrə fəlsəfə doktoru Zakir Mirzəyev, Ehtiram Hüseynov, Almaz Orucova,Aydın Əliyev, Kamilə Nəbiyeva, teyyub Teyyuboğlu çıxış ediblər.
Gecəni  Xalq artisti Ağacəbrayıl Abbasəliyevin  rəhbərlik etdiyi  “Səadət” instrumental ansamblı müşayiət edib. 
Gecənin sonunda sənətkarın oğlu Teyyub Dəmirov  çıxış edərək,  ailəsi adından Azərbaycan Republikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycan musiqi mədəniyyətinə, muğam ifaçılığı sənətinə göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürünü bildirdi.O, eyni zamanda layihənin təşəbbüskarı və təşkilatçısı olan Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və belə layihələrə iformasiya dəstəyi göstərən Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalına da təşəkkür etdi. Qeyd etdi ki, böyük sənətkar Teyyub Dəmirov Azərbaycan muğamlarına neçə- neçə rəng, dəramət. diringilər bəstələyib və bu gün də sənətkarın yaratdığı bəstələr Azərbaycan muğam sənətində ifa  olunmaqdadır.
 Sonda  Teyyub Dəmirovun “Eynuri” rəqsi Zakir Mirzəyevin, Teyyub Teyyuboğlunun və Aydın Əliyevin ifasında tamaşaçılara təqdim olundu. Bu ifanı nağarada Elşən Qasımov müşayiət edirdi. Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbir  böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
26.10.2018