• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər
Beynəlxalq  Muğam Mərkəzində bəstəkar Tahir Əkbərin xatirə gecəsi keçdi.
 Oktyabrın 22- də Beynəxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin yaradıcılığına  həsr olunmuş gecə keçirildi.
Gecənin əvvəlində sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, musiqişünas Səadət Təhmirazqızı sənətkarın həyat və yaradıcılığından, musiqi  mədəniyyəti və bəstəkarlıq sənətində olan xidmətlərindən danışdı.
Sonra tamaşaçılara bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim olundu.  Əməkdar artistlər  Gülüstan Əliyeva “Əzizim”mahnısını,  Almaz Orucova “Nəğmələrim” mahnısını, müğənnilər Sərxan Bünyadzadə “Gülüb getdi”, Aytən Məhərrəmova “Heyfim gəldi”, Nicat Cəfərzadə “Eşit inanma”, Almaxanım Əhmədli “Gərəksən mənə”, Aqil Rzayev “Nə söyləyim nə yazım”, Günay İmamverdiyeva “Elimə gərəksiz yaşayammaram”, Səma Sultanova “Heç küsməyin yeridirmi”, Məftun Məmmədli “O gələn sənsən”, Könül Məmmədli “Bir gün səni görməyəndə”, Pərviz Qasımov “Qərarsız mən oldum”, Rəvanə Əmiraslanova “Dərdin alım”, Sədaqət Ulduz “Nə istəyirsən”, Elgiz Əliyev “Olan olar”, Səbinə Ərəbli və Ariz Hüseynov “Amin” mahnılarını  ifa etdilər.
 İfaçıları xalq artisti Adil Bağırovun bədii rəhbərliyi altında Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edirdi.
22.10.2018