• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan xalq mahnıları” adlı festivalın növbəti konserti keçirildi.

 Oktyabrın 11- də Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən  “Mədəniyyət” kanalının “Azərbaycan xalq mahnıları” adlı festivalı çərçivəsində   növbəti konsert oldu.

 Konsertdə Xalq artisti, tarzən  Ramiz Quliyev, pianoçu Nizami Əliyev, pianoçu Leyla Əliyeva və qarmonda Seymur Həsənov xalq mahnılarını yeni aranjemanda tamaşaçılara təqdim ediblər.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, oktyabrın 8-dən başlanan festival ayın 12-də yekunlaşacaq.

 “Azərbaycan xalq mahnıları festivalı” çərçivəsində azərbaycan xalq mahnıları müxtəlif səpgidə tamaşaçılara təqdim olunub və olduqca maraqla qarşılanıb.

11.10.2018