• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində“Yaradanlar və yaşadanlar” adlı  layihənin növbəti konserti keçirilib.

     Sentyabrın 18- də,milli musiqi günündə,Beynəlxalq Muğam Mərkəzində,Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası «Mədəniyyət” kanalının “Yaradanlar və yaşadanlar” adlı birgə layihəsinin növbəti konserti keçirilib.

 Konsert Xalq artisti, xanəndə,muğam bilicisi Hacıbaba Hüseynova həsr olunub.

     Gecədə Xalq artisti Səkinə İsmayılova “Şur-şahnaz” təsnifini, Xalq artisti Teyyub Aslan “Çoban qızı”, “Dilbərim” xalq mahnısını, Əməkdar artist Ehtiram Hüseynov “Rast”, Şur” təsniflərini ifa ediblər.

     İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə “Səadət” instrumental ansamblı müşayiət edirdi.

     Həmçinin konsertin son nömrələrindən biri olan “Durna” xalq mahnısı Teyyub Aslan və Ehtiram Hüseynovun ifasında tamaşaçılara təqdim olunub.

    Konsertin aparıcısı,Əməkdar artist Rəşad İlyasov, kaman ifaçısı,Əməkdar artist Mirnazim Əsədullayev tamaşaçılara xanəndənin həyat və yaradıcılığı haqqında məlumat veriblər.H.Hüseynovun qızı,nəvəsi və dostu olmuş M.Əsədullayev onun haqqında xatirələrini bölüşüblər.

    Konsert maraqla və alqışlarla qarşılanıb.