• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər
Beynəlxalq Muğam Mərkəzinin  “Muğamat var olan yerdə”adlı  möhtəşəm layihəsi davam edir.
    İyunun 11-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının “ Muğamat var olan yerdə”adlı birgə layihəsi çərçivəsində növbəti konserti keçirilib.
    Layihə çərçivəsində Televiziya Muğam Müsabiqələrinin qalibləri Səbinə Ərəbli, Almaxanım Əhmədli və Pərviz Qasımov öz proqramları ilə çıxış ediblər.
    Konsertə Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına  “Xatirə” xalq çalğı alətləri ansamblı “Mahur” rənginin ifası ilə  başladı.
    Ansamblın bədii rəhbəri,Xalq artisti Adil Bağırovdur.Xanəndələr Könül Məmmədli və Elgiz Əliyevin ifasında xalq və bəstəkar mahıları səslənib.
   Yadda qalan ifalardan biri də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından görüş səhnəsi olub ki,onu da K.Məmmədli və E.Əliyev birlikdə duet şəklində ifa ediblər.
   Bildiyimiz kimi,Beynəlxalq Muğam Mərkəzi bir sıra irihəcmli layihələr həyata keçirir.Bunlardan “Muğam axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar”, “Dastan gecələri”, “Aşıq musiqisi axşamları”, “Yeni nəsil dəvət edir” və digərlərini qeyd etmək olar.
    Mərkəzin belə layihələri keçirməkdə məqsədi, muğam sənətimizi, aşıq musiqimizi, dastanlarımızı, xanəndələrimizin ifasında muğamlarımızı,xalq mahnılarımızı və təsniflərimizi nəsildən nəsilə ötürməkdir.
    Konsert muğamsevərlər tərəfindən maraqla və alqışlarla qarşılanıb.
11.06.2018