• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Baku Summer Jazz Days”layihəsi çərçivəsində   növbəti konsert keçirilib.

    İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar artisti Elçin Şirinov və Andras Des Triosunun uğurlu əməkdaşlığının nəticəsi olaraq “Baku Summer Jazz Days”layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə Premier Art Management prodüser agentliyinin təşəbbüsü ilə reallaşır.

   Tədbirin rəsmi hissəsində Macarıstanın Bakıdakı səfiri Viktor Sederkenyi çıxış edərək, qeyd etdi ki, layihə çərçivəsində macar musiqisi ilə azərbaycan musiqisinin sintezini eşitmək olduqca maraqlıdır. Belə gözəl musiqi günlərinin keçirilməsində əziyyət çəkən hərkəsə təşəkkürünü bildirdi.

  Tanınmış teleaparıcı Rahib Azərinin aparıcılığı ilə keçən konsertdə Əməkdar artist Elçin Şirinov  və Andras Des Triosu  (percussion), Marton Fenyvesi (electric and acoustic guitar), Matyas Szandai (Double bass) ilk olaraq Azərbaycan caz kompoziyasını tamaşaçılara təqdim etdilər.

 Daha sonra  Elçin Şirinov  və Andras Des Triosunun ifasında maraqlı macar və azərbaycan xalq mahnılarının eyni zamanda caz sintezi tamaşaçılara təqdim olundu.

Elçin Şirinov  Vaqif Sadıqov, Aaron Goldberg, Kevin Hays, Jean Michel Pilyc, Yakov Okun kimi caz pianoçulardan dərs almışdır.

Onun musiqi dünyagörüşünü formalaşdıran Bill Evans, Herbie Hancock, Brad Mehldau kimi dahilərin musiqisi olmuşdur .
Elçin 2008-ci ildən etibabrən aktiv şəkildə konsert fəaliyyətlərinə başlamışdır.   Şirinov öz Triosu və Andrea Di Biase, Jon Scott, Dave Hamblett, Ben Street və Jeff Ballard kimi tanınmış musiqiçilərlə birlikdə Almaniya, Polşa, Fransa və İspaniyada müxtəlif festivallarda iştirak etmişdir.

Azəbaycanda premyerası keçirilən Elçin Şirinov və András Dés Trio layihəsi dəfələrlə xaricdə konsertlərlə çıxış etmiş və albomu buraxılmışdır . 
    András Dés 2005-ci ildə Ferenc List Musiqi Akademiyasının Caz fakültəsini
bitirmişdir. Son illər ərzində Des öz perkussiya dəstini hazırlamışdır: sağ əli ilə o, zərb alətçisi kimi, sol əli ilə isə bir perkussionist kimi ifa edir. Çoxsaylı caz qruplarının üzvü olaraq o, dünyanın hər yerini gəmişdir və  Carnegie Hall, Covent Garden, Amsterdam Konser tgebouw, Şam Opera Evi və Qüds Tiyatrosu kimi bir çox musiqi salonlarında çıxış etmişdir.

05.06.2018