• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər
Beynəlxalq Muğam Mərkəzində I Etüd Müsabiqəsinin qala konserti keçirilib
Mayın 15- də Beynəlxalq Muğam Mərkəzində "Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin qala konserti keçirilib.
Konsert Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində reallaşıb.
İlk olaraq ADMİU-nun “Musiqi sənəti” fakültəsinin dekanı, professor               Ceyran Mahmudova çıxış edərək müsabiqənin məqsədi və əhəmiyyəti haqqında danışıb.
"Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin III yerə- Nigar Hüseynov, Gülnar Axundova,Zaur Məmmədov II yerə-Nurlan Abdullazadə,Günel Fərzəliyev, Elməddin İbrahimov, I yerə -Züleyxa Şıxıyeva, Pərvin Paşazadə və Qran Priə isə-Ramiz Sevdiməliyev  layiq görülüblər. 
Daha sonra tədbirdə qalib və laureatların ifasında F.Şopenin, S.Raxmaninovun, Q.Qarayevin, F.Əmirovun,  A.Məlikovun, K.Çerninin,A.Əliyevin, A.Skyrabinin əsərləri səslənib.
Konsert maraqla və sürəkli alqışlarla qarşılanıb.
15.05.2018