• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər

Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir” adlı möhtəşəm layihə davam edir.

 Martın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin estrada sənəti və muğam sənəti kafedralarının tələbərinin iştirakı ilə “Sevgi dünyası” adlı konsert keçirilib.

    Konsert Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb.

 Abbasağa Əlizadənin aparıcılığı ilə keçən gecədə tələbələr Məlik Məmmədov, Amil Novruzov, Fidan Həmzəyeva, Fəridə Hüseynova, Rəvan Əlvanoğlu, Aytac Fərəcova, Polad Murtuzayev, Həmid Həmzəyev, Cəlal Məlikli, Nicat Aslanov,  Mehdiyeva Günay, İslam İmanov, Valeriya Hüseynzadə, Zəhra Babanlı, Aytac Şahmar, Mobil Atakişiyev, İslam İmanov, Xasay Şıxıyev, Elşən Cəfərzadə, Cəlal Məlikli, Nurlan Abdullazadə Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin,  Fikrət Əmirovun,  Rauf Hacıyevin, Polad Bülbüloğlunun, Sevil Əliyevanın, Vasif Adıgözəlovun, Əşrəf Abbasovun, Oqtay Kazıminin, Emin Sabitoğlunun müxtəlif janrlarda yazılmış əsərlərini səsləndiriblər. 

    Konsertin  bədii rəhbəri estrada sənəti kafedrasının müdiri Məryəm Babayevadır.

   Tədbir musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

06.03.2018