• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Xəbərlər
Beynəlxalq Muğam Mərkəzində “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub.
 Tədbir Mədəniyyət və Turizm Nazirliyinin, “Paşa Həyat Sığorta” ASC-nin və “Silk Way Group” şirkətinin dəstəyi ilə “IRS Publishing House” tərəfindən nəşr olunmuşdur. Kitab Azərbaycanın səfalı güşələrindən biri olan Qarabağa həsr olunub. 
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək kitabın bugünkü tarixi əhəmiyyətindən söhbət açıb.
Bildirib ki, kitabda Qarabağın şanlı tarixindən, XX əsrin 80-ci illərindən başlayaraq ermənilərin Azərbaycana torpaq iddialarından, Qarabağda yaşayan azərbaycanlılara qarşı zorakılarıqlarından və Qarabağın işğalından bəhs edilir.
Nazir bildirib ki bu silsiləli  layihələr 2013-cü ildən Azərbaycanın maddi və mədəni irsini, adət- ənənlərini, çoxsaylı tarixi abidələrini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə həyata keçirilir. Layihə çərçivəsində bu günədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası” kitabları nəşr olunub.
Layihənin rəhbəri və baş redaktoru Musa Mərcanlı, elmi məsləhətçiləri tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur. Xüsusi dizayn və zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan və rus dillərində təqdim edilir.
Tədbirin rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir.
 Daha sonra tədbir konsert proqramı ilə davam edib.
 Konsertdə Xalq artisti Nəzakət Teymurova, Əməkdar artistlər Ehtiram Hüseynov və Firuz Səxavət, xanəndə Səbinə Ərəbli öz ifalarını təqdim  ediblər.
 Sonda Nəzakət Teymurova, Ehtiram Hüseynov, Firuz Səxavət, Səbinə Ərəbli “Qarabağ şikəstəsi”ni  səsləndirdilər.
18.01.2018