• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Afişa

Beynəlxalq Muğam Mərkəzində " Macarıstan musiqisi axşamları " adli layihə- konsertlər təqdim olunacaq
Beynəlxalq Muğam Mərkəzi Macarıstan səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” adlı konsert proqramı təqdim edəcək.  Paytaxt sakinləri və şəhərimizin qonaqları 12-14 noyabr tarixlərində macar xalq musiqisindən ibarət müxtəlif janrlada ifa edən macar musiqiçilərinin ifalarını dinləmək imkanı qazanacaqlar. 3 gün ərzində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun  “Cantores Esslesiae” solistləri  və zambalın misilsiz qarışığı olan musiqi ilə Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim edəcəklər. Evrovision müsabiqəsinin iştirakçısı müğənni Magyar Borinin təqdimatında disklend üslublu smokey caz gecəsi də layihənin yadadqalan konsertlərindən bir olmağa iddialıdır.  Tamaşaçılar macar musiqisi axşamlarında həmçinin cymbalum alətinin tanınmış ifaçısı Csurkulya Jozefin ifasında macar xalq musiqisinin ruhunu hiss edəcəklər.
Konsertlərə biletləri şəhərin kassalarından, İtiket.az və Asan xidmət mərkəzlərindən əldə etmək olar. Konsertin informasiya dəstəyi Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı və Asan radiodur.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi beynəlxalq əlaqələrini genişləndirərək yeni layihələrə imza atır. Mərkəz ölkəmizdə fəaliyyət göstərən səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq  ikitərəfli konsert proqramları və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələcək.