• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Afişa

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində  paytaxtımızda bir ənənəyə çevrilmiş “Baku Summer Jazz Days” festivalı günlərində  dünya ulduzlarının iştirakı ilə konsertlər silsiləsi davam edir.  İyunun 12-də Muğam Mərkəzdə İsrailin virtuoz kontrabasçısı Adam Ben Ezra və onun kvarteti çıxış edəcək. Fenomenal kontrabasist, multiinstrumentalist Adam Ben Ezra Bax, Sting, Çik Koria və Bobbi Makferrin kimi əfsanələrdən  təsirlənərək və istifadə olunan musiqi alətindən asılı olmayaraq yeni musiqi bəstələmək qərarına gəlib. O öz palitrasına yenı rənglər qatıb və musiqisinə  caz, latın və Aralıq dənizi elementləri əlavə edib.
Konsertə biletləri ASAN xidmət, şəhərin bütün kassalarından , Gənclik Mall  və 28 Mall ticarət mərkəzlərindən həmçinin  www.iticket.az. əldə etmək olar