• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Afişa

Beynəlxalq Muğam Mərkəzinin yeni möhtəşəm  “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində tədbir

   Fevralın 16-da  Beynəlxalq Muğam Mərkəzində,Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları”  adlı möhtəşəm layihəsinin növbəti konserti keçiriləcək. Layihənin əsas məqsədi qədim Azərbaycan musiqi  irsinin ictimaiyyətə geniş təbliğ etməkdir.

    Beynəlxalq Muğam Mərkəzinin bu yeni layihəsi Azərbaycan Aşıqlar Birliyinin dəstəyi  ilə keçirilir və yanvar ayindan  may ayına qədər davam edəcəkdir.İlk olaraq yanvarın 12-də layihə çərçivəsində “Koroğluya” qayıdaq” adlı konsert-tamaşa  keçirildi.

     “Ələsgərin saz-söz dünyası” adlı ikinci gecə isə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur saz-söz ustalarından biri olan aşıq Ələsgərin yaradıcılığına həsr olunub.

       Aşıq Ələsgər şox şerlər yazır,aşıq musiqiləri bəstələyir və onları çox məharətlə ifa edirdi.Aşıq Ələsgərin repertuarı klassik dastanlar və aşıq musiqilərindən ibarət idi.Bu dastanlarda və aşıq musiqilərində 1905-ci ildə baş verən inqilabi hadisələrdən,təbiətin gözəlliklərindən,fəhlə insanların ağır həyatından bəhs edilirdi.

      Bir əsrdən artıq yaşamış Aşıq Ələsgər  85 ilini yaradıcılıqla məşğul olmüş,bayramlarda və toy şənliklərində iştirak etmiş, xalq ilə birlikdə kədərlərini və sevinclərini bölüşmüş  və minlərlə poeziya  nümunəsi yaratmışdır

     Layihə şərşivəsində  “Zərif əllər,incə tellər” (7 mart),”Aşıq Şəmşir şeiri” (28 mart),”Yaddaşlardan silinməz Aşıq Ədalət” (12 aprel), və “Yeni səslər,qədim havalar” (16 may) adlı tədbirlər təqdim ediləcək.

      Layihənin informasiya dəstəyini AZƏRTAC,Azərbaycan Televiziyasının “Mədəniyyət” Kanalı,Azərbaycan Radiosu və”Baku” jurnalı həyata keçirir.

       Biletləri şəhərimizin  kassalarından.”Asan xidmət” mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

16.02.2018