• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

Qarabağ muğam ifaçılığı məktəbinin tanınmış nümayəndəsi. “Zabul-Segah” muğamının bənzərsiz ifaçısı olmuş və xalq arasında “Zabul Qasım” adı ilə məşhurlaşmışdır. Şuşada və Bakıda muğam məclislərində, “Şərq konsertləri”ndə çıxış etmişdir. Üzeyir Hacıbəylinin Şuşada tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasında Məcnunun atası rolunu məharətlə ifa etmişdir. 1914-cü ildə “Sport-Rekord” səsyazma şirkəti Tiflis şəhərində Qasım Abdullayevin ifasında “Zabul-Segah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şur”, “Mahur-Hindi” muğamları və təsnifləri qrammofon vallarına yazmışdır. Qasım Abdullayev ifaçılıqla yanaşı, müəllimliklə də məşğul olmuş, Şuşada musiqi məktəbində muğamatdan dərs demiş və xanəndələr nəsli yetişdirmişdir.