• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

Mansur Mansurovun muğam ənənələrinin davamçısıdır. Muğamların və bəstəkar əsərlərinin tar və ud alətlərində mahir ifaçısı idi. O, həmçinin, bir sıra rəng və təsniflərin yaradıcısıdır. Görkəmli müğənni Rəşid Behbutovun ansamblının üzvü kimi dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuş, Azərbaycan musiqisini təmsil etmişdir. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində 1960-cı ildə xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur. Hazırda “Xatirə” xalq çalğı alətləri ansamblı (bədii rəhbər Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. Ə.Dadaşov bir çox tarzənlərin sənət müəllimi olmuşdur