• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

Azərbaycan Dövlət Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirmişdir. 1938 – 1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında işləmiş, 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Repertuarında muğamlar (“Segah”, “Qatar”, “Şahnaz” və s.), xalq və bəstəkar mahnıları üstünlük təşkil edirdi. Onun yüksək ifaçılıq mədəniyyəti, səsinin məlahəti və qeyri – adi tembri xüsusilə diqqəti cəlb edirdi. Onun ifasında səslənən muğamlar improvizə ustalığı ilə seçilir. Əksər Azərbaycan bəstəkarlarının mahnıları məhz onun ifasında ilk dəfə səslənmişdir. Bir çox xarici ölkələrdə (Fransa, İsveçrə, Şri-Lanka, Əfqanistan, Hindistan, Əlcəzair, İran, Türkiyə və s.) çıxış etmişdir. Ş.Ələkbərova ifaçılıqla müəllimlik fealiyyətini məharətlə uzlaşdırmışdır; Aygün Bayramova, Aybəniz Haşımova, Könül Xasıyeva və b. onun tələbələri olmuşlar.