• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, 1949 – 1970-ci illərdə həkim – cərrah işləmişdir. Tarda çalmağı müstəqil öyrənmişdir. 1930 – 1948-ci illərdə Azərbaycan xalq çalğı alətləri orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Muğamların və bəstəkar əsərlərinin orijinal və mahir ifaçısı idi. H.Məmmədovun sənətkarlığının əsas xüsusiyyəti emosionallıq və virtuozluq kimi keyfiyyətlərin qovuşmasından ibarət idi. Onun ifasında “Orta Mahur”, “Segah”, “Çahargah”, “Zabul”, “Şur” muğamları, xalq musiqisi və bəstəkar əsərləri Azərbaycan Televiziya və Radiosunun Fondunda qorunub saxlanılır. H. Məmmədov Bülbül, Seyid Şuşinski, Zülfi Adıgözəlov kimi xanəndələri müşayiət etmişdir. Bir çox xarici ölkələrdə (Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və s.) qastrol səfərlərində olmuşdur.