• Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir.
Muzeyimiz

17-18 yaşlarından Mirzə Sadıq tütək, ney, kamança çalmağı öyrənmiş, məşhur misiqiçi Mirzə Əli Əsgər Qarabağidən tar dərsi almışdır. O, virtuoz tarzən kimi Zaqafqaziyada, İranda geniş şöhrət qazanmışdı. Xalq arasında sevilərək, “Sadıqcan” cağırılmışdır. O, Hacı Hüsü, Məşədi İsi, Keştazlı Haşım, Əbdülbaqi Zülalov, sonralar Cabbar Qaryağdıoğlunu tarda müşayət etmişdir. O, Şuşada “Şərq konsertləri”ndə çıxış etmiş, 1890-cı ildə yaratdığı ansamblla Azərbaycanın bir çox şəhərlərində, Aşqabadda, Tehranda və İstanbulda konsertlər vermişdir. 1897-ci ildə Şuşada göstərilən birpərdəli “Məcnun Leylinin məzarı üstündə” tamaşasının musiqi hissəsinin tərtibatçısı olmuşdur. Sadıqcan 1875- 78-ci illərdə tar alətinin quruluşunu dəyişmiş, Azərbaycan xalq musiqisinin və muğamatın xüsusiyyətlərini nəzərə alaraq, tarın səs düzümünü yeni qaydada tənzimləmiş, onları xromatik qaydada düzmüşdür. O, tara cingənə və kök simlər əlavə etmiş, onların sayını 5-dən 11-ə çatdırmış, tarın gərilməsinin qarşısını almaq üçün onun çanağının içərisinə ağac dayaq artırmışdır. Əvəllər diz üstündə tutulan tarı Mirzə Sadıq ilk dəfə sinədə çalmışdır. O, tarda ifaçılıq üslubunu təkmilləşdirmiş, onu mükəmml solo aləti səviyyəsinə qaldırmışdır. Sadıqcan tar modeli üzrə düzəldilən tarlar Zaqafqaziya, Dağıstan, Orta Asiya və İranda geniş yayılmışdır. O, tarda “zabul” pərdəsini müəyyənləşdirmiş, “Mahur”, “Segah” muğamlarına yeni şöbələr əlavə etmiş, bir sıra təsnif, rəng və mahnıların müəllifi kimi tanınmışdır. Azərbaycan tarzənlərindən Qurban Pirimov, Məşədi Zeynal , Malıbəyli Həmid, Məşədi Cəmil Əmirov, Şirin Axundov  Mirzə Sadıq Əsəd oğlunun məktəbinin yetirmələri və davamçıları olmuşlar.